Azərbaycan səfirliyi Latviya parlamentinin qərarını pislədi
"Azərbaycan səfirliyi Birinci Dünya Müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda hadisələr qondarma "erməni soyqırımı" kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur", -deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün Latviya Seymi (parlament) qondarma “erməni soyqırımı”nı tanıyıb.
Azvision.az