Prezidentdən oğlu şəhid olan Xalq artisti ilə bağlı sərəncam

  Prezidentdən oğlu şəhid olan Xalq artisti ilə bağlı sərəncam
  07 May 2021    Oxunub:3096
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, Prezidentin fərdi təqaüdünə layiq görülən mədəniyyət xadimləri arasında Xalq artisti Əli Nur (Nurzadə Əli Qayıb oğlu) da var.

Qeyd edək ki, tanınmış aktyor Əli Nur şəhid atasıdır. Onun oğlu baş leytenant Rövşən Nurzadə Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

Azvision.az


Teqlər: Xalq-artisti   Sərəncam  





Xəbər lenti