“Ermənistan azərbaycanlılara qarşı nifrət təbliğ edib” - Ombudsman

“Ermənistan azərbaycanlılara qarşı nifrət təbliğ edib” -  Ombudsman
  07 May 2021    Oxunub:3113
Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.
Bu barədə Azvision.az -a Ombudsman Aparatından bildirilib.

"Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimizdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib", - deyə məlumatda qeyd olunub.



Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti