Erməni deputatdan xalqa çağırış: Qarabağı unudun!

  07 May 2021    Oxunub :2251
 Erməni deputatdan xalqa çağırış:  Qarabağı unudun!
Ermənistanda deputat ölkə ictimaiyyətinə müraciət edərək, onları Qarabağ məsələsini həmişəlik unutmağa çağırıb.

Azvision.az xəbər verir ki, Ermənistan parlamentdə çıxış edən hakim "Mənim addımım" fraksiyasının deputatı Viktor Enqibaryan belə bir təkliflə çıxış edib.
O, bildirib ki, bundan sonra Qarabağ məsələsini geridə qoymaq lazımdır.

"Cəmiyyətimiz Qarabağ məsələsinə çox həssas yanaşmamalıdır. Buna artıq son qoymalıdır”, - deyən Enqibaryan erməniləri "qorxulardan qurtulmağa” səsləyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Qarabağ   Erməni-deputat