Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə edib

 Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə edib
  07 May 2021    Oxunub:2093
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Suriyadakı vəziyyət daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Suriya nizamlanmasındakı problemlər daxil olmaqla, beynəlxalq gündəmdəki bir sıra mövzulara toxunuldu. Binyamin Netanyahu İsrail tərəfinin Kiyev nümayəndələri ilə təmasları haqqında məlumat verdi. Dialoqun təhlükəsizlik şuraları, həmçinin hərbçilər, xarici siyasət və iqtisadi qurumlar vasitəsilə davam etdirilməsi barədə razılığa gəlinib.

Rusiya və İsrailin İkinci Dünya müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirmə cəhdlərinə, nasizmin qəhrəmanlaşdırılmasına və Holokostun inkarına qarşı çıxdıqları vurğulanıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BinyaminNetanyahu  





Xəbər lenti