Prezidentin BBC-yə müsahibəsi rekord qırdı

 Prezidentin BBC-yə müsahibəsi rekord qırdı
  07 May 2021    Oxunub:9862
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrın 6-da “BBC News”a verdiyi müsahibə rekord qırıb.
Azvision.az -ın məlumatına görə, ölkə başçısının müsahibəsinə Tvitter hesabında 3 milyondan çox baxış olub. 44 günlük Vətən Müharibəsi dövrünə təsadüf edən müsahibə beynəlxalq arenada böyük rezonans doğurub və geniş müzakirələrə yol açıb.



İndiyədək Azərbaycandan tirajlanan heç bir müsahibə, açıqlama və şərh dünya müstəvisində bu qədər geniş izlənilməyib. Ölkə başçısının müsahibəsinin Tvitterdə 3 milyondan çox istifadəçi tərəfindən baxılması Azərbaycan üçün rekord göstəricidir.

Məlumat üçün bildirək ki, sözügedən müsahibə zamanı təxribatçı suallarla çıxış edən BBC-nin jurnalisti Prezident İlham Əliyevin ortaya qoyduğu real faktlar qarşısına aciz qalıb. Müsahibə boyu ona ünvanlanmış qərəzli sualları səbir, təmkin və tutarlı arqumentlərlə cavablandıran dövlət başçısı avropalı jurnalistə sözün əsl mənasında “master klass” keçib.



Ümumilikdə Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə edib, həqiqətləri bütün dünyaya çatdırıb. Dövlət başçısı hərb meydanında müzəffər sərkərdə nümunəsi olmaqla yanaşı, informasiya savaşında da ölkəmizə böyük qələbə qazandırıb.

Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib.

Prezidentin dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti