"Sabiq prezidentlər blokunun şansı yoxdur" - Sarkisyan

 "Sabiq prezidentlər blokunun şansı yoxdur" -  Sarkisyan
  07 May 2021    Oxunub:2182
Ermənistanın keçmiş prezidentlərinin yaratdıqları bloklar istənilən halda erkən parlament seçkilərində qalib gəlmək şansından məhrumdurlar. Bunu tam əminliklə deyə bilərəm.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri (1999-2000-ci illər), “Respublika” partiyasının sədri Aram Sarkisyan bildirib.

Onun sözlərinə görə, eks-prezidentlərin heç biri seçkilərdə ayrı-ayrılıqda qalib gəlmək imkanına malik deyillər.

"İlk prezidentin təklifinin mahiyyəti ondan ibarətdir ki, qarşıdakı seçkilərdə qazanmağın tək ehtimal olunan yolu birləşməkdir. Lakin onlar üçü birlikdə qələbə qazanmaq imkanında deyil. Buna görə ortaq bir məğlubiyyət, üçünün də rüsvayçılığına çevriləcəkdir. Bu məqam onlara seçkilərdə ayrı-ayrılıqda iştirakı üçün əlavə əsas verdi. Sarkisyan Robert Koçaryan faktorunu ölkədə siyasi proseslərin formalaşmasında son dərəcə əhəmiyyətsiz olduğuna görə ümumiyyətlə nəzərə almır".

Qeyd edək ki, mayın 5-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı Paşinyana qarşı seçkilərdə vahid seçki bloku ilə çıxış etməyə çağırıb. Ter-Petrosyan bunun ölkədəki mövcud ümumi böhrandan çıxmağın yeganə yolu ola biləcəyini deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AramSarkisyan   Ermənistan  





Xəbər lenti