Şuşada DOST Mərkəzinin filialı açılacaq

   Şuşada DOST Mərkəzinin filialı açılacaq
  07 May 2021    Oxunub:1877
Şuşa şəhərində DOST Agentliyinin filialının açılması nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə DOST mərkəzlərinin yaradılması planlaşdırılır. Belə ki, ərazilər minalardan təmizlənəndən sonra bu istiqamətdə işlərə başlanılacaq.

"Nəzərdə tutmuşuq ki, ya Cəbrayıl, ya da Füzulidə böyük regional mərkəz yaradılsın. Bununla yanaşı, Şuşa şəhərində DOST Mərkəzinin filialının açılması planlaşdırılır".

Azvision.az


Teqlər: Şuşa   DOST-Mərkəzi  





Xəbər lenti