Rusiyada daha 8386 nəfər virusa yoluxdu

Rusiyada daha 8386 nəfər virusa yoluxdu
  07 May 2021    Oxunub:1637
Rusiyada son sutka ərzində koronavirusa 8386 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 863 514 nəfərə çatıb.

Rusiyada son bir gündə 376 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 112 622 nəfərdir. İndiyədək 4 480 360 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti