“İnanırdıq ki, Rəşad nə vaxtsa şəhid statusu alacaq” - Qabil Hüseynli
Bunu Azvision.az –a açıqlamasında polkovnik-leytenant, mərhum pilot Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə döyüş təlimi zamanı qəza nəticəsində həyatını itirən pilota şəhidlik statusunun verilməsi mütləq idi.
Qeyd edək ki, bu günlərdə Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Xatırladaq ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Məlum olub ki, təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Pilot Şəhid Rəşad-Atakişiyev