Ermənistanda virusdan ölənlərin sayı 4209-a çatdı

  07 May 2021    Oxunub :1017
Ermənistanda virusdan ölənlərin sayı 4209-a çatdı
Ermənistanda son sutka ərzində daha 356 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 218 681 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4209-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1036 nəfərdir.

Aktiv xəstələrin sayı 10 129 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koronavirus