“YAŞAT”ın dəstəyi ilə daha 3 qazimiz əməliyyat olundu - FOTO

  07 May 2021    Oxunub :1731
   “YAŞAT”ın dəstəyi ilə daha 3 qazimiz əməliyyat olundu -    FOTO
“YAŞAT” Fondunun dəstəyi ilə daha 3 qazimiz əməliyyat olunub.

Azvision.az xəbər verir ki, “YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Qurbanlının, Ağaəli Quliyevin və Fuad Məlikovun əməliyyat xərcləri qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.











Azvision.az

Teqlər: YAŞAT   Fond   Qazi