“Hadrut 24 saat fasiləsiz su ilə təmin olunur” - Anar Cəbrayıllı
"Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq artezian quyuları generatorlar vasitəsilə işə salındı. Orada olan şəxsi heyətin su təhcizatı təmin edildi. Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbədə olduq, orada təmizləmə işləri aparıldı. Anbarlar əlaqələndirildi, su nümunələri yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı təmin edildi".
A.Cəbrayıllı qeyd edib ki, artıq Hadrutda hərbi hospital və mülki binalar "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur: "Ötən müddətdə su ilə əlaqədar Hadrutda 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb".
Qurum rəsmisi, həmçinin bildirib ki, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda da mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub.
Aytən Zəhra
Azvision.az