Sabiq prezident partlayışda yaralandı

Sabiq prezident partlayışda yaralandı
  07 May 2021    Oxunub:2261
Maldiv Respublikasının keçmiş prezidenti, Xalq Məclisinin hazırkı sədri Məhəmməd Naşid Maledə baş vermiş partlayış nəticəsində yaralanıb.
Azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, sabiq prezident xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.

Partlayışın eks-prezidentin yaşadığı evin yaxınlığında baş verdiyi bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil. Partlayışın terror aktı olması istisna edilmir.

Azvision.az


Teqlər: Partlayış  





Xəbər lenti