ABŞ-da məktəbdə atışma olub: Yaralılar var

  07 May 2021    Oxunub :1623
ABŞ-da məktəbdə atışma olub:    Yaralılar var
ABŞ-ın Aydaho ştatında atışma baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Riqbi şəhərində yerləşən orta məktəblərdən birində qeydə alınıb. Silahlı insident zamanı 3 nəfər xəsarət alıb. Onlardan ikisi məktəbli, digər şəxs isə mühafizəçidir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: ABŞ   Məktəb   Atışma