“Münasibətlərin formatı barədə Putin qərar verəcək” - Blinken

  07 May 2021    Oxunub :1998
“Münasibətlərin formatı barədə Putin qərar verəcək” -  Blinken
Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcək formatı barədə Rusiya Prezidenti Vladimir Putin qərar verməlidir.
Azvision.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın "ICTV" telekanalına müsahibəsində deyib.

"Rusiya ilə daha sabit, proqnozlaşdırıla bilən münasibətə üstünlük veririk. Hazırda bu barədə qərar vermək prezident Vladimir Putinə qalır. Rusiya qabaqcadan gözlənilə bilən və sabit əlaqəyə girmək üçün qərar verə bilər", - deyə ABŞ rəsmisi bildirib.

Azvision.az

Teqlər: Blinken