Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub

Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
  06 May 2021    Oxunub:2294
Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteranla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, qonağı səmimi salamlayan komitə sədri Kristofer Martinez Berroteranın Azərbaycanda səfir kimi aktiv fəaliyyətini qeyd edib. Səməd Seyidov dövlət rəhbərləri arasındakı yüksək səviyyəli siyasi əlaqələr sayəsində ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Venesueladan təhvil almasını əlamətdar hadisə kimi dəyərləndirib. O vurğulayıb ki, əlaqələrin inkişafı üçün bu əlverişli mühitə baxmayaraq, ölkərimiz arasındakı iqtisadi-ticari əməkdaşlıq istənilən səviyyədə deyil.

Dostluq münasibətlərinin parlamentlərarası əməkdaşlığın inkişafı üçün də geniş imkanlar açdığını bildirən Səməd Seyidov bu sahədə əlaqələrin təşkili perspektivlərindən söz açıb.

Görüşə görə minnətdarlığını bildirən Kristofer Martinez Berroteran parlament diplomatiyasının rolunu yüksək qiymətləndirdiyini deyib. Səfir ölkələrimizin parlamentləri arasında münasibətlərin inkişafının ümumi mənafelərə cavab verdiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Prezident İlham Əliyevin fəaliyyətini qeyd edərək, yüksəksəviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin, aparılan danışıqların və ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti