Ərdoğan Merkellə videoformatda görüşdü

Ərdoğan Merkellə videoformatda görüşdü
  06 May 2021    Oxunub:2131
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.
Azvision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, ölkəsinin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini vurğulayan Türkiyənin dövlət başçısı bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azvision.az


Teqlər: Ərdoğan   Merkel  





Xəbər lenti