Rekord vuran tələbə– FOTO

Rekord vuran tələbə– FOTO
  05 Mart 2014    Oxunub:1065
Magistratura imtahanı üzrə ən yüksək bal toplayan şəxsin kimliyi müəyyənləşdi.
Martın 2-də TQDK ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi üzrə imtahan keçirdi. Ötən gün axşam saatlarında isə imtahan nəticələri elan olundu. İmtahanda ən yüksək yığılan bal 97 oldu.

AzVision.az 97 balı toplayan şəxsin kimliyini öyrənib. Bildirilib ki, bu balı yığan İsmayıllı rayon sakini Şəhla Səmədovadır. O, 2010-cu ildə ali məktəblərə qəbul imtahanında da 690 bal yığıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti