Qəbələdə zəlzələ oldu

Qəbələdə zəlzələ oldu
  04 Mart 2014    Oxunub:849
Azərbaycanda yenidən zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, martın 4-də saat 08:16-da Qəbələ şəhərindən 7 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələ 4 bal olub. İlkin məlumata əsasən, Qəbələ rayonu ərazisindəki tikililərdə dağıntı olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti