Sahibkarlara yeni imkanlar - FƏRMAN

Sahibkarlara yeni imkanlar - FƏRMAN
  03 Mart 2014    Oxunub:1023
Kredit götürmək, qeydiyyatdan keçmək və tikintiyə icazə almaq asanlaşacaq
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana görə:


- iki ay müddətində əlaqədar nazirliklər "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər.

- əlaqədar nazirliklər və qurumlar tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər.

- uyğun qurumlar elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər.

- Uyğun qurumlar daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər.

- Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər;

- İqtisadiyyat və Sənaye Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi ilə birlikdə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər;

- Uyğun qurumlar idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər;

- İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidirlər.


Teqlər:  





Xəbər lenti