Son sutkada yoluxma sayı 656 mindən çox artıb

Son sutkada yoluxma sayı 656 mindən çox artıb
  21 Aprel 2021    Oxunub:1737
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 656 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 656 406 nəfər koronavirusa yoluxub, 10 503 pasiyent dünyasını dəyişib. COVID-19-a yoluxanların ümumi sayı 141 754 944, ölənlərin isə 3 025 835 nəfərə çatıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti