Tanınmış meyxanaçı məsuliyyətə cəlb olundu

   Tanınmış meyxanaçı məsuliyyətə cəlb olundu
  20 Aprel 2021    Oxunub:2086
Qubada karantin qaydalarını pozan restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional bürosundan Azvision.az -a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi müəyyən edilib.

Araşdırma zamanı məclisdə iştirak edən meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) da daxil olmaqla, ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti