"Putin Çexiya rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırmır" - Peskov

 "Putin Çexiya rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırmır" -  Peskov
  20 Aprel 2021    Oxunub:2416
Rusiya Prezidenti Vladimir Putin Çexiya ilə münasibətlərinin kəskinləşməsi fonunda bu ölkənin rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırmır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü belə bir planın olmadığını vurğulayıb.

Peskov bildirib ki, Çexiya hakimiyyətinin bu cür davranışlarını ikitərəfli münasibətlər baxımından tamamilə əsassız, dağıdıcı hesab edirlər.

“Biz, Praqanın bu cür davranışını ikitərəfli münasibətlər baxımından sözsüz ki, sağlam düşüncədən məhrum hesab edirik. Hər şey okeanlardakı böyük yoldaşların aqressiv hərəkətlərini təkrarlamaq cəhdləri kimi görünür. Çex rəqiblərimizin əsassız ittihamları, əlbəttdə ki, həddən artıqdır".

Qeyd edək ki, Çexiya 18 rusiyalı diplomatı ölkədən çıxarıb. Buna cavab olaraq isə Rusiya 20 çex diplomatının ölkədən çıxarılmasına qərar verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çexiya   Rusiya  





Xəbər lenti