“Rusiya öz maraqlarını qurban verməyəcək” - Peskov
"Təəssüf ki, bir çox ölkənin hər hansı haker hücumuna görə dərhal Rusiya Federasiyasını günahlandırdığını görürük, amma indiyə qədər aydın şəkildə açıqlama verilməyib. Əlbəttə, Rusiya buna dözə bilmir və müəyyən gərginlik yaranır. Bu cür hallar o demək deyil ki, Rusiya bunu aradan qaldırmaq üçün öz maraqlarını qurban verməyə hazırdır. Xeyr, heç bir halda", - Peskov deyib.
Kreml rəsmisi Rusiyanın dialoqa açıq qaldığını və prezident Putinin dəfələrlə bu barədə danışdığını söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DmitriPeskov