Rusiyada 44 terror hücumunun qarşısı alınıb

Rusiyada 44 terror hücumunun qarşısı alınıb
  20 Aprel 2021    Oxunub:2196
Rusiyada 2020-ci ildə 44 terror hücumunun qarşısı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Antiterror Komitəsi Aparatı rəhbərinin birinci müavini İqor Kulyaqin bildirib.

“Keçən il hazırlıq mərhələsində olan 96 hücum daxil olmaqla, 44 terror aktının törədilməsinin qarşısı alınıb", -deyən İqor Kulyaqin qeyd edib ki, ötən il Rusiyada terrorçuların silah və sursat olan 156 gizli anbarı, 71 terror hücrəsi məhv edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Terror  





Xəbər lenti