Şuşada bayram namazının qılınması təklif olundu
Bunu Azvision.az -a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Keçən il Qurban bayramı namazı Heydər məscidində qılındı. Simvolik olaraq məhdud sayda insanla namaz qılındı, xütbələr oxudu. Bu, pandemiya dövründə ilk təşəbbüs oldu və canlı yayımlandı. İnsanlar tərəfindən rəğbətlə qarşılandı”.
Pandemiyaya görə kütləvi ibadətlər mümkün olmadığını vurğulayan Hacı Şahin bildirib ki, məscidlərin ibadət üçün açılması məsələsi həmişə gündəmdir:
“Qafqaz Müsəlmanları İdarəsinin təklifləri olur. Şəxsən mən də fikrimi bildirmişəm və Şeyxin imzası ilə müvafiq qurumlara məktub göndərilib. Hazırda yoluxma sayı artdığı üçün Ramazan ayında məscidlərin açılması mümkün olmadı.
İnanclı insanlarımıza bildirmək istəyirəm ki, ilk fürsətdə qərar qəbul ediləcək. Heç kəs məscidlərin bağlanmasından məmnun ola bilməz. Xüsusilə biz din xadimləri, inanclı insanların arzusudur ki, məscidlərdə kütləvi ibadətlər olsun. O cümlədən, işğaldan azad olunan Şuşa məscidində ibadət etmək arzumuzdur”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Məscid Bayram-namazı