“Putinlə yaxşı yola gedirdim, onu bəyəndim” - Tramp

“Putinlə yaxşı yola gedirdim, onu bəyəndim” -  Tramp
  20 Aprel 2021    Oxunub:1422
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə arasında qarşılıqlı rəğbət olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə sabiq prezident “Fox News”a müsahibəsində deyib.

"Prezident Putinlə yaxşı yola gedirdim, mən onu bəyəndim, o da məni bəyəndi".

Tramp bunun pis deyil, yaxşı olduğunu əlavə edib.

Qeyd edək ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər 2016-cı ilin sonunda Tramp prezident seçildikdən sonra kəskinləşmişdi. O zaman respublikaçıların əleyhdarları Moskvanın ABŞ-dakı seçki proseslərinə mümkün müdaxiləsi ilə bağlı ittihamlar irəli sürmüşdülər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   Tramp  





Xəbər lenti