“Şuşada can verən oğluma heç kim kömək etməyib” - Erməni əsgər atası

 “Şuşada can verən oğluma heç kim kömək etməyib” -  Erməni əsgər atası
  20 Aprel 2021    Oxunub:10267
Ermənistan ordusunun Şuşa döyüşlərində ağır məğlubiyyətə uğramasını təsdiqləyən daha bir fakt ortaya çıxıb.

Azvision.az xəbər verir ki, erməni mediasına müsahibə verən əsgər David Rafaelyanın atası şəhərin müdafiəsi zamanı xeyli sayda erməni hərbçinin öldüyünü deyib.
"David Rafaelyan noyabrın 7-də Şuşaya gedən yolda öldürüldü. 45 nəfərdən 40-ı artıq öldürülmüşdü. Ağır yaralanan əsgər son dəfə atasına zəng vurduqdan sonra ölüb. Əsgərin atası deyir ki, onlar "Artsax" (Qarabağda olan keçmiş qondarma rejim-red) rəhbərliyinə kömək üçün müraciət ediblər. Amma dəstək qüvvələrin göndəriləcəyini söz versələr də, kömək üçün bir nəfər də gəlməyib", - deyə erməni mediası yazıb.

Erməni əsgər atası oğlunun ağır yaralı olmasına baxmayaraq, tibbi yardım üçün ciddi müdaxilənin olmamasından gileylənib:

"Oğlum zəng edəndə son nəfəsində idi. Soruşdum ki, sənə nə oldu? O isə ata, dua et, yaşamaq istəyirəm, artıq ölürəm dedi. Haradasan deyib soruşduqda, "özüm də bilmirəm, kürəyimdən, çiynimdən, qolumdan vurdular, yardım gəlmədi" söylədi".

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti