Türkiyənin yeni səfiri Bakıya gəldi - FOTOLAR

 Türkiyənin yeni səfiri Bakıya gəldi -  FOTOLAR
  20 Aprel 2021    Oxunub:4762
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı bu gün Bakıya gəlib.
Azvision.az xəbər verir ki, bu barədə diplomat Tvitter hesabında paylaşım edib.

“Bu gün Bakıda gördüyüm ürəklərdən daşan qardaşlıq ruhudur”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, yeni səfir bu vəzifədə diplomatik missiyası başa çatmış Erkan Özoralı əvəz edir. C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.

Cahit Bağçının Bakıdan paylaşdığı fotoları təqdim edirik:









Azvision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti