İlham Əliyev üç ölkəyə yeni səfir təyin etdi

 İlham Əliyev üç ölkəyə yeni səfir təyin etdi
  19 Aprel 2021    Oxunub:5760
Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Prezidentin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti