TQDK-da `şikayət` komissiyası yaradıldı

TQDK-da `şikayət` komissiyası yaradıldı
  03 Mart 2014    Oxunub:1543
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən gün keçirilən ali təhsil ocaqların magistratura pilləsinə qəbulla bağlı Apelyasiya komissiyası yaradıb.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Apelyasiya komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının 2 mart 2014 cü il tarixində keçirilmiş birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün yaradılıb.

Bakalavrlar Apelyasiya komissiyasına 3 - 5 mart 2014-cü il tarixlərində saat 10.00-dan 17.00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsinə keçirilən imtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib.

İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edən ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.


Teqlər:  





Xəbər lenti