“Moskva mina xəritəsi məsələsini bir zənglə həll edə bilər” - Gürcü politoloq

“Moskva mina xəritəsi məsələsini bir zənglə həll edə bilər” -  Gürcü politoloq
  19 Aprel 2021    Oxunub:7790
"Ermənistanın azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməsi iki ölkə arasında münasibətlərin normallaşmasına təkan ola bilər. Təəssüf ki, bu, baş vermir"
Bunu Azvision.az -a açıqlamasında gürcüstanlı politoloq Gela Vasadze bildirib.

“Hüquqşünas olmadan beynəlxalq təcrübədə bu cür prosedurların necə əks olunduğunu söyləmək bir qədər çətindir. Ancaq siyasətlə çoxdan maraqlanan biri kimi deyə bilərəm ki, bu kimi məsələlərin həlli Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına təkan ola bilər. Təəssüf ki, bu, baş vermir.

Üstəlik, biz keçən ilin noyabr ayından əvvəlki ritorikanın davam etdiyini görürük. Niyə? Düşünürəm ki, burada hər şey kifayət qədər sadədir - Moskva Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaqda maraqlı deyil, əks halda, bu məsələ bir zənglə həll oluna bilərdi. Beynəlxalq təşkilatlara gəldikdə, onların imkanları Ermənistan hakimiyyəti üzərindəki təsirlərinə bərabərdir. Yəni təxminən sıfıra bərabərdir. Hər kəs bunu çox yaxşı bilir və başa düşür. Moskvanın öz oyunu var və çətin ki, bunun qarşısını kimsə alsın, xüsusən beynəlxalq təşkilatlar", - deyə Gela Vasadze qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: GelaVasadze  





Xəbər lenti