Misirdə qatar qəzasında 100-dən çox insan yaralanıb - YENİLƏNİB
Bundan əvvəl qatar qəzasında 8 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilmişdi.
***
Misirdə sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb. Qəza yerinə təcili tibbi yardım və xilasedici briqadaları cəlb olunub.
Azvision.az