Çeçenlərlə kürdlər arasında atışma olub

  18 Aprel 2021    Oxunub : 2458
Çeçenlərlə kürdlər arasında atışma olub
Belçikanın Lyej şəhərində çeçen və kürd miqrantlar arasında atışma olub.
Azvision.az xəbər verir ki, bu barədə "Al Araby" polisə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir Çeçenistan vətəndaşı öldürülüb. Atışmadan əvvəl yerli xidmət stansiyasının yaxınlığında çeçenlərlə kürdlər arasında münaqişə baş verib.

Polis 3 kürd və 28 çeçen miqrantı saxlayıb. Şübhəlilərdən bir ədəd "Kalaşnikov" avtomatı götürülüb. Münaqişənin böyüməməsi üçün kürdlərin çoxluq təşkil etdiyi Vеrviе şəhərinə əlavə polis qüvvələri göndərilib.

Azvision.az

Teqlər: Çeçen   Kürd