Çeçenlərlə kürdlər arasında atışma olub
Bildirilib ki, hadisə nəticəsində bir Çeçenistan vətəndaşı öldürülüb. Atışmadan əvvəl yerli xidmət stansiyasının yaxınlığında çeçenlərlə kürdlər arasında münaqişə baş verib.
Polis 3 kürd və 28 çeçen miqrantı saxlayıb. Şübhəlilərdən bir ədəd "Kalaşnikov" avtomatı götürülüb. Münaqişənin böyüməməsi üçün kürdlərin çoxluq təşkil etdiyi Vеrviе şəhərinə əlavə polis qüvvələri göndərilib.
Azvision.az