İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

  18 Aprel 2021    Oxunub : 1745
İranda koronavirusla bağlı son vəziyyət açıqlandı
İranda son sutka ərzində 405 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda indiyədək 66 732 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son 24 saatda 21 644 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma hallarının ümumi sayı 2 237 089-a yüksəlib.

Virus daşıyıcılarından 4766 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az

Teqlər: İran   Koronavirus