Gürcüstanda 13 günlük tətil elan olundu

  18 Aprel 2021    Oxunub : 2085
Gürcüstanda 13 günlük tətil elan olundu
Gürcüstanda aprelin 30-dan mayın 13-dək tətil elan edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, aprelin 30-dan mayın 3-dək ölkədə Pasxa bayramı qeyd olunacaq. Mayın 4-dən 8-dək, həmçinin mayın 10-11-i ümumi istirahət günü olacaq. Bundan əlavə, mayın 9-da Qələbə günü, mayın 12-də isə dini bayram (Apostol Andrey Pervozvanni-red) qeyd ediləcək.

Beləliklə, aprelin 30-dan mayın 13-dək ölkədə iş günü hesab olunmayacaq.

Azvision.az

Teqlər: Gürcüstan   Tətil