Qonşu ölkədə güclü zəlzələ oldu

  18 Aprel 2021    Oxunub : 1944
Qonşu ölkədə güclü zəlzələ oldu
İranın cənubunda 5,6 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 06:41-də qeydə alınıb. Yeraltı təkanların episentri Buşehr şəhərindən 103 kilometr şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşir.

İtki və dağıntılar barədə məlumat verilməyib.

Azvision.az

Teqlər: İran   Zəlzələ