İsraildə küçədə maska taxmaq tələbi ləğv edildi

  18 Aprel 2021    Oxunub : 1993
İsraildə küçədə maska taxmaq tələbi ləğv edildi
İsraildə koronavirusa yoluxma hallarının azalması ilə əlaqədar küçədə tibbi maska taxmaq tələbi ləğv edilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Statistika göstərir ki, ölkə daxilində xəstələnmə səviyyəsində azalma davam edir. Bununla əlaqədar 18 aprel tarixindən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

Qeyd olunub ki, qapalı yerlərdə maska ​​taxmaq məcburiyyəti qüvvədə qalır.

Azvision.az

Teqlər: İsrail   Maska