Ermənistanda koronavirusdan ölüm sayı 3878-ə çatdı

  18 Aprel 2021    Oxunub : 1924
Ermənistanda koronavirusdan ölüm sayı 3878-ə çatdı
Ermənistanda son sutka ərzində daha 547 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 208 520 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3878-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 980 nəfərdir. Aktiv xəstələrin sayı 16196 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Ermənistan   Koronavirus