Yaponiya yenidən silkələndi

  18 Aprel 2021    Oxunub : 1843
Yaponiya yenidən silkələndi
Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyinin (JMA) verdiyi məlumata görə, yeraltı təkanlar saat 09:29-da 50 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat açıqlanmayıb. Sakinlərə sunami xəbərdarlığı edilməyib.

Azvision.az

Teqlər: Yaponiya   Sunami