ABŞ-da atışma olub, ölən və yaralılar var

  18 Aprel 2021    Oxunub : 1363
ABŞ-da atışma olub, ölən və yaralılar var
ABŞ-ın Ohayo ştatında silahlı insident olub.
Azvision.az xəbər verir ki, bu barədə NBC televiziyası polisə istinadla məlumat yayıb.

Bildirilib ki, Kolumbus şəhəri yaxınlığında baş vermiş atışmada azı bir nəfər öldürülüb, beş nəfər yaralanıb. Polisin məlumatına görə, naməlum şəxs anım mərasimində atəş açıb.

Cinayətin təfərrüatları məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: ABŞ   Atışma