Lukaşenkoya və övladlarına sui-qəsd hazırlayanlar ələ keçdi

  17 Aprel 2021    Oxunub : 2325
 Lukaşenkoya və övladlarına sui-qəsd hazırlayanlar ələ keçdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsd hazırlayan qrup üzvlərinin saxlanıldığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Lukaşenkonun fikrincə, saxlanılan şəxslər ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqəli olublar.

“Biz qrupu yaxaladıq, onlar bunu necə planlaşdırdıqlarını göstərdilər. Sonra biz xarici xüsusi xidmət orqanlarının izini aşkarladıq. Orada amerikalılardan kimin işlədiyini bilmirəm. Biz onların Minskə gəlmək, prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, - deyə Lukaşenko vurğulayıb.

Belarus lideri hesab edir ki, ABŞ-ın siyasi rəhbərliyi ona qarşı sui-qəsd təşkil etmək üçün göstəriş verib.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada ABŞ ilə Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyə və Belarus Prezidenti Aleksandr Lukaşenkonun hakimiyyətdən kənarlaşdırılmasına cəhd göstəriblər.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Lukaşenko   Belarus