Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı

  17 Aprel 2021    Oxunub : 2546
Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı
Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Moskvadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, buna ölkənin Sankt-Peterburqdakı konsulunun tutulması səbəb olub.

"Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Vasili Pokotilo konsul tutulduqdan sonra Rusiya XİN-ə çağırılıb. Biz irəli sürülən ittihamları qəbul etmirik. Bu, Rusiya xüsusi xidmət orqanlarının təxribatıdır", - səfirliyin adı açıqlanmayan nümayəndəsi UNİAN-a bildirib.

Xatırladaq ki, bu gün Rusiyada Ukrayna konsulu Aleksandr Sosonyuk saxlanılıb. Federal Təhlükəsizlik Bürosunun məlumatına görə, o, Rusiya vətəndaşından məxfi məlumat alarkən tutulub.

Ukrayna xarici işlər nazirinin müavini Yevgeny Yenin əks tədbirlər hazırladığını söyləyib.

Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko isə Sosonyukun bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxıldığını deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Rusiya   XİN