Baydenlə Putin Vyanada görüşə bilər

  17 Aprel 2021    Oxunub : 2494
Baydenlə Putin Vyanada görüşə bilər
Avstriya kansleri Sebastian Kurts Vyanada ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında görüş keçirilməsinin mümkünlüyündən danışıb.
Azvision.az xəbər verir ki, bu barədə kansler Almaniya nəşrinə bildirib.

“Belə bir görüş baş tutarsa, bütün dünya və Avropa üçün yaxşı olar. Harada keçirilməsi vacib deyil. Əlbəttə ki, Avstriyada, Vyanada keçirilsə, bizim üçün böyük bir şərəf olacaq”, - Kurts əlavə edib.

O, Vyananın Rusiya-ABŞ sammitinin keçiriləcəyi məkan kimi müzakirə olunduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CoBayden   Putin   Görüş   Avstriya