Deputatlar Rusiyada Heydər Əliyevin xatirəsini yad edib

  17 Aprel 2021    Oxunub : 2143
Deputatlar Rusiyada Heydər Əliyevin xatirəsini yad edib
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ulu öndər Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.

Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə qızıl güllər düzüblər.



Azvision.az

Teqlər: Parlament   Nümayəndə   Sankt-Peterburq