“Hələ “AstraZeneca” peyvəndindən istifadə etmirik” - Baş həkim
O bildirib ki, peyvənd üçün poliklinikaya gələn vətəndaşlar qeydiyyata alınır və vaksinasiyadan sonra sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
"Onların adlarının randevu.its.gov.az saytında olduğu müəyyən edilir, daha sonra qeydiyyat aparılır və həkim müayinəsindən keçirilir. Əgər təzyiqi olanlar varsa, ona dərmanlar verilir. Təzyiq aşağı salınır, yenidən həkim müayinə edir. Vəziyyət yaxşıdırsa, peyvənd otağına yola salınır. Bu günə qədər peyvənd olunan şəxslər arasında hər hansı fəsadlaşma, şikayət qeydə alınmayıb. Vaksinasiya uğurla davam edir".
Ş.Səfərova bu günədək vətəndaşlara yalnız "CoronaVac" peyvəndinin vurulduğunu söyləyib:
"Bizə hələ "AstraZeneca" peyvəndi verilməyib. Poliklinikamızda Çin istehsalı peyvənd istifadə edilir. Əvvəlki günlərlə müqayisədə vətəndaşlar tərəfindən peyvəndə maraq yüksəkdir. Hər kəs vaksinasiya olunmaq istəyir və bu məqsədlə bizə müraciət edirlər.".
Aytən Zəhra
Azvision.az
Teqlər: Vaksinasiya Koronavirus