Saxlanılan Ukrayna konsulu sərbəst buraxıldı

 Saxlanılan Ukrayna konsulu sərbəst buraxıldı
  17 Aprel 2021    Oxunub:2120
Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuk bir neçə saat saxlanıb və artıq diplomatik qurumdadır.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib.

XİN rəsmisi bunu Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti bir təxribat adlandırıb.

“Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşını bir neçə saat saxlayıblar. O, indi Kiyevin diplomatik qurumundadır" - Nikolenko bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti konsul Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanması barədə məlumat yayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ukrayna   Konsul  





Xəbər lenti