Ukrayna XİN: "Cavab tədbiri hazırlayırıq"

 Ukrayna XİN:  "Cavab tədbiri hazırlayırıq"
  17 Aprel 2021    Oxunub:1730
Ukrayna Sankt-Peterburqdakı konsulunun saxlanılmasını Rusiya Federasiyası tərəfindən düşmənçilik hərəkəti kimi qiymətləndirir.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

O deyib ki, Kiyev Rusiya diplomatlarına qarşı cavab tədbirləri hazırlayır.

Xatırladaq ki, rəsmi Moskva Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlandığı barədə məlumat yayıb.

Yenin isə hadisəni Ukraynaya qarşı növbəti təxribat adlandırıb.

"Mövcud təcrübəyə uyğun olaraq və qarşılıqlı əlaqə prinsipi əsasında Ukrayna tərəfi rus diplomatlarına münasibətdə cavab hazırlayır", - XİN rəsmisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YevgeniYenin  





Xəbər lenti